Filtr funksiyasından bütün excel istifadəçiləri istifadə edir. Mən sizə filtr ilə bağlı maraqlı bir texnika göstərmək istəyirəm.
Filtr əməliyyatını sürətləndirmək üçün filtr funksiyasını sürətli panelə əlavə etmək lazımdır:
Bundan sonra cədvəldə filtr edilməsi tələb olunan istənilən xananın üzərinə gələrək sürətli paneldə filtr düyməsini sıxırıq:
Burada cəm almaq üçün digər maraqlı bir texnika tətbiq etmək olar. Bunun üçün fitlr tətbiq etdikdən sonra cədvəlin altında istənilən boş xananın üzərinə gəlin və autosum düyməsini sıxın:
Həmin cədvəlin birinci sətrində iki boş sətir əlavə edin və alınmış cəmi cut edərək yeni sətirə əlavə edən:
Nəticədə istənilən sətir məlumatının üzərinə gələrək sürətli panel tablosundan filtr düyməsini sıxaraq görünən sətirlərin cəmini ala bilərik:
Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.
Filtr funksiyasının sürətləndirilməsindən başqa digər texnikalar haqda aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz.
- Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli
- İşçinin iş stajının hesablanması cədvəli
- Maliyyə hesabatlarındakı rəqəmlərin mənbələri
- Mühasiblər üçün daha yaxşı cəmləmə metodu
- Nazik sətir texnikası
- Məbləğin söz ilə yazılması
- 1C hesab kartının sətirlərinin ayrılması
- Məlumatların yuxarı xanalara keçirilməsi
- Eyni adların təkrar yazılmasının sürətləndirilməsi