Yəqin çoxunuz exceldə belə Həftəlik satış qrafiki ilə rastlaşmısınız:
Burada satış qrafasında rəqəmi dəyişdikdə, Həftəlik satış qrafiki-ndə müvafiq ən böyük satış sütunun rəngi dəyişərək yaşıl rəng olur. Bu tip qrafikin yaradılması texnikasını göstərmək istəyirəm.
Bunun üçün oxşar cədvəli exceldə yığırsınız və aşağıdakı kimi qrafik əlavə edirsiniz:
Sonra həmin qrafikdən bütün lazımsız elementləri delete düyməsi ilə ləğv edərək qrafiki sadələşdiririk və sütunların rəngini dəyişirik:
Ən böyük satış olan sütunu rəngləmək üçün əlavə köməkçi sütundan istifadə və MAX() funksiyasından istifadə edəcəyik. Bu funksiyanın tədbiqi olduqca sadədir:
=MAX(diapazon)
Əgər biz misalda olan diapazonu seçsək, funksiya bizə ən böyük satış, yəni 800 məbləğini qaytaracaq:
Lakin burada bizim Həftəlik satış qrafiki-nin məqsədləri üçün formulanı bir az dəyişmək lazım gələcək. B5 xanasına aşağıdakı formulanı yazmaq lazımdır:
=IF(B5=MAX($B$5:$B$11),MAX($B$5:$B$11),NA())
Əgər sizin də məlumatlarınız cədvəldəki kimi B5:B11 aralığındadırsa, həmin formulanı sadəcə kopyalararaq daxil edə bilərsiniz. Bu formula hər bir sətir üçün həmin məbləğin ən böyük olub olmadığını yoxlayır:
Bundan sonra köməkçi sütunu qrafikə kopyalayaraq (CTRL+C) əlavə edirik (CTRL+V):
Burada narıncı sütunun rəngini dəyişirik (kimin bu rəng xoşuna gəlirsə, bu rəngi saxlaya bilər):
Həftəlik satış qrafiki demək olar ki, hazırdır. Köməkçi sütunu gizlədirik və ya rəngini ağ edirik ki görünməsin:
Satış rəqəmlərini əlavə edirik və əlavə bonus 🙂
Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.
Həftəlik satış qrafiki-nin yaradılmasından başqa digər texnikalar haqda aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz.
- Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli
- İşçinin iş stajının hesablanması cədvəli
- Maliyyə hesabatlarındakı rəqəmlərin mənbələri
- Mühasiblər üçün daha yaxşı cəmləmə metodu
- Nazik sətir texnikası
- Məbləğin söz ilə yazılması
- 1C hesab kartının sətirlərinin ayrılması
- Məlumatların yuxarı xanalara keçirilməsi
- Eyni adların təkrar yazılmasının sürətləndirilməsi