Mühasibat uçotu-nun aparılmasına aşağıdakılar daxildir:
- İlkin sənədlərin emalı
- Bütün registrlar üzrə cari mühasibat uçotunun aparılması
- Əmək haqlarının hesablanması
- Maliyyə nəticələrinin müəyyən edilməsi
- Vergilərin hesablanması və vergi ödəniş tapşırıqlarının hazırlanması
- Mühasibat və vergi hesabatlarının hazırlanması
- Vergi , DSMF və statistika hesabatlarının verilməsi
- Vergi, DSMF və statistika hesabatlarının təqdim olunması zamanı müştərinin maraqlarının qorunması
Mühasibat uçotu-nun bərpası
Bəzən elə hallar olur ki, şirkətdə mühasibat uçotu yanlış aparılır və ya ümumiyyətlə aparılmır. Belə hallarda mühasibat uçotunun bərpasına ehtiyac yaranır ki, bu da şirkətin batmaması üçün mühasibat sənədlərinin düzgün formaya gətirilməsi deməkdir.
Mühasibat uçotunun bərpası həm bütün şöbələrdə, həm də ayrı-ayrı şöbələrdə aparıla bilər.
Mühasibat uçotunun bərpasına aşağıdakılar daxildir:
- İlkin sənədlərin emalı və müxabirləşmənin bərpa olunması
- Çatışmayan ilkin sənədlərin bərbası və ya yaradılması
- Mövcud registrların yoxlanması, bərpası və çatışmayan registrların yaradılması
- Vergilər və ödənişlərin hesablanmasının düzgünlüyünün yoxlanması, vergi bəyannamələrinin hazırlanması
- Bərpa olunmuş sənədlərin vergi orqanlarına təqdim olunması
- Mühasibat uçotu ilə bağlı konsultasiya
İşlərin sonunda sizə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə yenidən bərpa olunmuş mühasibat uçotu sənədləşməsini təqdim edirik. Bundan əlavə sizə bərpa olunmuş işin hesabatını və gələcək maliyyə və iqtisadi fəaliyyətinizin icrası üçün məsləhətlər verəcəyik.
Mühasibat uçotunun bərpası çətin və əmək tələb edən işdir. İşlərin qiyməti fərdi şəkildə, işin həcmindən və vəziyyətin çətinliyindən asılı olaraq hesablanır.
Müştəri tərəfindən təqdim olunan məlumatlar bizim üçün məxfi xarakter daşıyır və heç bir halda açıqlana bilməz.
Digər xidmətlərimiz haqda məlumat almaq üçün aşağıdakı müvafiq keçidlərə daxil ola bilərsiniz: