Bir çox hallarda mühasibat formaları və ya blanklarında məbləğ yazıldıqdan sonra həmin məbləğin söz ilə yazılması tələb olunur. Qanunvericilik baxımından əgər məbləğ yazı ilə oxunmursa və ya rəqəmlərə hər hansı müdaxilənin olması şübhə doğurursa, sözlə yazılmış məbləğ qəbul edilir.
Exceldə məbləğin sözlə alınması üçün bir çox mütəxəssislər əlavə makroslardan istifadə edirlər. Mən bu problemi həll etmək üçün sadə bir cədvəl düzəltdim. Burada heç bir makrosdan istifadə edilməyib və tədbiq edilməsi də çox rahatdır. Sadəcə bu cədvəldə Admin adlı listi öz cədvəlinizi kopya edirsiniz. Qısa təlimatı əlavə etdiyim cədvəldən yükləyə bilərsiniz. Ümid edirəm ki, kimin üçünsə faydalı olacaq.
MƏBLƏĞİN SÖZ İLƏ YAZILMASI CƏDVƏLİ - YÜKLƏ (1006 downloads)Müəllif: Zaur İsmayılov
Məbləğin söz ilə yazılmasından əlavə aşağıda göstərilmiş keçidlərə daxil olmaqla sizə faydalı ola biləcək digər excel cədvəllərini də yükləyə bilərsiniz:
- Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli
- İşçinin iş stajının hesablanması cədvəli
- Maliyyə hesabatlarındakı rəqəmlərin mənbələri