Mühasibat auditi-nin aparılmasının əsas məqsədi şirkətlərdə mühasibat uçotunun dəqiq və dürüst aparılmasının yoxlanmasından ibarətdir. Həmçinin mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması da auditorların işidir.
Auditorlar mühasibat və ya maliyyə hesabatının auditini apararkən xüsusilə Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun mühasibat uçotunun təşkili məsələlərinə dair tələblərin yerinə yetrilməsinə xüsusi diqqət verməlidirlər.
Bu tələbləri qısaca xarakterizə etsək:
- Müəssisə əmlakının, öhdəliklərinin və bütün əməliyyatlarının mühasibat uçotunu və Qanun əsasında işlənib hazırlanmış mühasibat uçotu standartlarına, mühasib uçotunun hesab planına və başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılmalıdır
- Mühasibat uçotunun aparılmasında hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirməli, əmlakın qiyrnətləndirilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə və Qanuna uyğun hazırlanmış mühasibat uçotu slandartları və uçota dair başqa normativ sənədlərin tələblərinə əməl olunmalı, keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilməlidir.
- Hesabat dövründəki (ay,rüb, il) mövcud əmlakın, öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərfətlərin invertarizasiyanın nəticələri uçotda tam və düzgün əks etdirilməlidir. Bütün təsərrüfat əməliyyatlarının ardıcıl olaraq uçot registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilməlidir.
- Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilməlidir. Uçotda cari xərclərin istehsala (tədavül xərclərinə) və kapital qoyluşlarına ayrılması dürüst müəyyənləşdirilməlidir. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilməlidir.
- Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları, investorlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesablarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırılmaqdır.Maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etməkdir.
- Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait yaradır, uçotla əlaqədar olan bütün bölmələrinə, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib və təqdim edilməsi işində, tələblərin yerinə yetrilməsini təmin edir və uçot üzrə normativ sənədlərin tələblərinə riayət edir.
Mühasibat auditi-ndən başqa digər xidmətlərimiz haqda da aşağıdakı keçidlərə daxil olmaqla ətraflı məlumat ala bilərsiniz: