İşlədiyim bir çox şirkətdə HR əməkdaşlarının hər hansı işçinin iş stajının hesablanması-nda çətinlik çəkdiklərini müşahidə etmişəm. Onların istifadəsi üçün sadə bir cədvəl düzəltdim.

Hazırladığım iş stajının hesablanması cədvəlində işə giriş və işdən çıxış (həmçinin istənilən digər başlanğıc və son tarix) daxil etməklə bu iki interval arasında dövrü il, ay və gün kəsiyində tapmaq olur.

Iş stajının hesablanması cədvəlinə nümunə

Məsələn giriş tarixi 01.08.2016, çıxış tarixi isə 26.01.2017 qoysaq, nəticə olaraq 10 il 5 ay 25 gün göstəriləcək:

iş stajının hesablanması nümunə

Bu iş stajının hesablanması cədvəlinin hazırlanmasında DATEDİF() funksiyasından istifadə etmişəm. Maraqlananlar bu funksiya haqqında ətraflı olaraq internetdə oxuya bilərlər.

Həmin iş stajının hesablanması cədvəlini sizinlə bölüşürəm. Hazır EXCEL cədvəlini aşağıdakı linkə klik etməklə yükləyə bilərsiniz.

İŞ STAJININ HESABLANMASI CƏDVƏLİ (3987 downloads)
Bundan əlavə daha əvvəl hazırladığım və sizə faydalı ola biləcək Net-dən Gross-a əmək haqqı hesablanması cədvəlini də işarələnmiş linkə daxil olmaqla yükləyə bilərsiniz.

 

Müəllif: Zaur İsmayılov