Şirkət qeydiyyatı hal-hazırda Saldo-nun ən əsas hüquq xidmətlərindən biri sayılır. Mütəxəssislərimiz korporativ hüquq sahəsində çox dərin təcrübəyə malikdirlər və bu da müştərilərimizin layihələrini uğurlu şəkildə reallaşdıracağımızın  zəmanətini verməyə bizə imkan yaradır.

Məhdud Məsuliyyətli Cəmiyyət – ən geniş yayılmış biznes idarə etmə növlərindən biridir. Məhdud Məsuliyyətli cəmiyyətlərin məşhurluğunun bir sıra səbəbləri var: iştirakçılar üçün minimum maliyyə riski, biznesin genişləndirilməsi imkanı və s. Həmçinin digər idarəetmə formaları ilə müqayisədə MMC-nin digər biznes cəmiyyətlərdə iştirak etmək imkanı da olur. Bakıda şirkət qeydiyyatı çətin və güclü hüquqi biliklər tələb edən prosesdir. Ona görə də bu işi profesionallara həvalə etmək daha məsləhətlidir.

Şirkət qeydiyyatı-nı Saldo MMC-yə həvalə etməklə siz vaxtınıza və pulunuza qənaət etmiş olacaqsınız, həmçinin şirkətinizin qeydiyyatı zamanı imtina almaq riskinizi minimuma endirmiş olacaqsınız.

 

Şirkət qeydiyyatı prosesinə nələr daxildir

  • Sizə ən sərfəli vergi sistemini müəyyən etməniz üçün konsultasiya
  • Dövlət orqanlarına təqdim ediləcək sənədlərin hazırlanması
  • Dövlət rüsumunun hesablanması və ödənməsi
  • Qeydiyyatın nəticələrinə dair sənədlərin alınması
  • Müvafiq statistik kodların əldə edilməsi
  • Şirkət üçün möhürün hazırlanması
  • Bankda hesabın açılması

Şirkət qeydiyyatı-nı bizə həvalə etməniz biznesinizin uğurlu inkişafının zəmanətidir

Bizim şirkətdə qiymətlər işin miqdarından və ölçüsündən, həmçinin icra olunması üçün müştərinin tələb etdiyi müddətdən asılı olaraq dəyişir. Hüquqşünaslarımızın peşəkar səyləri nəticəsində şirkət qeydiyyatı prosesi çox qısa müddətdə başa çatacaq.

Siz həmçinin digər xidmətlərimiz haqqında aşağıda qeyd olunmuş keçidlərə daxil olmaqla da məlumat ala bilərsiniz: