audit və mühasibat xidmətləri primera

 

Artıq uzun illərdir ki, Saldo MMC-nin audit və mühasibat xidmətləri-ndən faydalanırıq. Çox məsuliyyətli, diqqətli və təcrübəli kadrlar ilə təmsil olunan bir audit şirkətidir. Deyərdim ki, “öz işinin ası” ifadəsi bu şirkətə aiddir. Təşəkkür edirəm

Xilqət Əsədov – Primera MMC-nin təsisçisi

 

 

 

audit və mühasibat xidmətləri smartstaffBundan öncə bir neçə audit və mühasibat xidmətləri verən şirkətlərlə işləmişik və çox problemlərlə qarşılaşırdıq.Lakin Saldo MMC ilə əməkdaşlığımız çox uğurlu alındı. Onların təcrübəli peşəkar komandasından, yüksək müştəri xidmətlərindən, işlərinin keyfiyyətindən çox məmnunam. Bütün əməliyyatlar AR Vergi Qanunvericiliyi və AR Əmək Qanunvericiliyi çərçivəsində zamanında yerinə yetirilir.İşlədiyimiz bu müddət ərzində ünvanladığımız bütün suallarımız operativ şəkildə cavablandırılıb. Saldo-nun dürüst iş prinsipini, peşəkarlıqlarını, yüksək motivasiyalı komandasını, xidmətlərinin səviyyəsini və ən əsası müştərilərə yanaşmalarını yüksək qiymətləndirirəm. Audit xidmətindən istifadə etmək istəyən şirkətlərə bu şirkəti əminliklə tövsiyə edirəm!

Arzu Cəmilova – Smart Resources Group Direktoru 

 

audit və mühasibat xidmətləri turizm.azBiz Turizm.Az Səyahət Şirkəti olaraq, Saldo şirkətinin xidmətlərindən artıq uzun illərdir istifadə edirik. Biznes həyatında ən çox etibar edilən şəxslərdən birincisi mühasibinizdir. Mühasibiniz nəinki Sizin maliyyənizi, mühasibatlığınızı idarə edir, eyni zamanda yaxın dostunuza çevrilir. Hətta heç kimə açmadığınız sirrləri də dostunuz bilir. Qısa olaraq, şirkətinizin maliyyəsinin ən etibarlı əllərdə olmasında əmin olmağınızı istəyirsinizsə, ünvan təkdir – Saldo MMC

Nəsimi Kərəmov – Turizm.Az icraçı direktor