Mühasibat xidmətləri və düzgün mühasibat uçotunun qurulması Saldo MMC-nin əsas fəaliyyət istiqamətlərindəndir.

Biz sənədləşmə işlərinin, aylıq, rüblük və illik hesabatların hazırlanmasının, vergi ödənilməsinin və ümumiyyətlə  vergi orqanları ilə ünsiyyətin sahibkarlardan, biznesmenlərdən nə qədər enerji və vaxt tələb etdiyini gözəl anlayırıq. Bütün bu məsələləri həll etmək üçün onlar kadrlar axtarmalıdırlar, onların işlərinə nəzarət etməlidirlər və təbii ki, maaş ödəməlidirlər.

Bəs siz əminsinizmi ki, sizin mühasibiniz kifayət qədər təcrübəsi var və heç vaxt səhv etmir? Bildiyiniz kimi mühasibatlıqda edilən səhv çox baha başa gələ bilər, hətta şirkətin fəaliyyətini dayandırması ilə nəticələnə bilər.

Məhz buna görə biz müştərilərimizin həyatını asanlaşdırmağı və bütün bu sadalanan problemləri həll etməyi öz boynumuza götürmüşük.

Bütün işlər hazırki qanunvericiliyin tələblərinə tam uyğun şəkildə aparılır.

Mühasibat məlumatları sizə şirkətinizin xərcləri, gəlirləri və borcların miqdarı haqda qiymətsiz məlumat verə bilir. Bu məlumatlardan istifadə etməklə siz şirkətinizin gələcək fəaliyyətini planlaşdıra və düzgün idarəetmə qərarları verə bilərsiniz.

Xidmətlərin dəyəri hər bir şirkət üçün individual olaraq müəyyənləşdirilir və işin həcmindən asılıdır. İşin həcmini isə işçi sayı, sənəd sayı, hesabatların çətinliyi və digər amillər müəyyənləşdirir.

mühasibat xidmətləri

Mühasibat xidmətləri-ni Saldo MMC-ə etibar etməyin üstünlükləri nələrdir?

Ofisdə mühasib saxladıqda hətta işin həcmi azalsa belə siz ona maaş ödəməlisiniz. Əgər işin həcmi artsa sizin ikinci mühasibə ehtiyacınız yaranacaq. Siz həmçinin həmin işçinin proqram təminatı üçün, icarə haqqı üçün, mebel və ofis ləvazimatı üçün də əlavə pul ödəməlisiniz. Sizin işçiniz səhvlərdən sığortalanmayıb və səhvlərinə görə məhz siz cavab verməli olacaqsınız.

Bizim xidmətlərimizi istifadə etdikdə isə:

  • Siz yalnız görülmüş işin həcmi qədər ödəyirsiniz;
  • Ofisdə saxladığınız mühasibə görə vergi və digər sosial ayırmalar ödəmirsiniz;
  • Bizə mühasibat xidmətləri üçün ödədiyiniz məbləğə ƏDV də daxildir;
  • Sizin ofisinizi böyütməyinizə, əlavə işçi üçün yer ayırmağınıza, komputerə və proqramlara pul xərcləməyinizə ehtiyac yoxdur;
  • Sizin kollektivin üzvlərinin sayı artmayacaq. Kiçik kollektivi idarə etmək isə daha asandır
  • Və sonda ən önəmlisi – Əgər sizin mühasibizin sizin şirkəti zərərə uğratsa, siz onu heç cür geri qaytara bilməyəcəksiniz. Ən yaxşı halda mühasibi işdən çıxaracaqsınız ki, bu da sizin zərərləri ödəmir. Bizim sizə təklif etdiyimiz xidmətlər zamanı mühasibat uçotunun və ya vergi hesabatlarının yanlış aparılması nəticəsində şirkətə dəyən zərər bizim tərəfimizdən qarşılanır.

Həmçinin siz digər xidmətlərimiz haqqında aşağıdakı keçidlərə daxil olmaqla məlumat ala bilərsiniz: