Müqavilələrin hazırlanması prosesindən əvvəl hansı növ müqavilə hazırlamalı olduğumuzu, ən çox diqqət ayırmalı olduğumuz və ən çox vaxt aparan hissəsinin hansı olduğunu müəyyən etmək lazımdır.
Müqavilələrin hazırlanması prosesinin mərhələləri
- Müqavilənin növü və formasının razılaşdırılması
- Əməliyyatın bütün mövcud aspektlərinin müəyyənləşdirilməsi
- Mümkün hüquqi risklərin analizi və minimuma endirilməsinin mümkünlüyü
- Sizin maraqlarınızın tam öyrənilməsi üçün bütün əməliyyat sənədlərinin hazırlanması
Saldo MMC mütəxəssisləri müqavilələrin hazırlanması çərçivəsində sizə təkcə müqaviləni düzgün hazırlamağı deyil, həmçinin bu və ya digər müqavilənin bağlanıb bağlanmama ehtiyacını da analiz edir və müəyyənləşdirir. Çox vaxt məsləhətləşmələr zamanı müştərinin özünün də düşünmədiyi digər müqavilələrin hazırlanması zərurəti meydana çıxır.
Peşəkar mütəxəssislərimiz əməliyyatın mövcud aspektlərini izləyir, maliyyə və hüquqi risklərin siyahısını hazırlayır, müəyyən olunmuş risklərin aradan qaldırılması üçün təkmilləşdirilmiş müqavilələri sizə təklif edir.
Mütəxəssislərimiz sənədlərin nə dərəcədə düzgün və səlis hazırlandığını müəyyənləşdirməkdə sizə kömək edəcək, onların imzalanmasının hansı hüquqi nəticələri özü ilə gətirəcəyini müəyyənləşdirəcək, eləcə də əməliyyatın legitimliyi barədə sizə ətraflı məlumat verəcəklər.
Sənədlərin hüquqi analizi nə üçün vacibdir
- Əmək münasibətlərinin qeydiyyatı üçün
- Kredit alınması üçün
- Daşınmaz əmlak və digər qiymətli aktivlərin alışı, satışı və ya icarəsi üçün
- Evlərin tikilməsi üçün müqavilələrin imzalanması
Həmçinin aşağıda adları qeyd olunan digər xidmətlərimizdən də faydalana bilərsiniz:
- Mühasibat auditi
- Vergi auditi
- Mühasibat uçotunun qurulması
- Vergi hesabatlarının hazırlanması
- Şirkət qeydiyyatı