Vergi hesabatlarının hazırlanması-nın əsas məqsədi şirkətin vergi öhdəliklərinin təşkili üçün büdcə və büdcədənkənar fondlarla hesablaşmaların vəziyyətinə nəzarət etməkdir.
Şirkətin vergi hesabatlarının hazırlanması vergi sahəsində professional bilgi və təcrübə tələb edir.
Vergi hesabatlarının hazırlanmasını Saldo MMC mütəxəssislərinə etibar etməklə siz:
- Büdcə və büdcədənkənar hesablaşmaların vəziyyəti haqqında məlumatların əldə edilməsi müddətinə qənaət edəcəksiniz
- İdarəetmə qərarlarının vaxtında verilməsi üçün lazım olan bütün informasiyaları əldə edəcəksiniz
- Şirkətinizin vergi risklərini azaldacaqsınız
Vergi uçotunun düzgün qurulması şirkətinizdə düzgün vergi planlamasının qurulmasının əsasıdır.
Vergi uçotunun qurulması zərurəti hansı hallarda yaranır?
- Yeni hüquqi şəxs yaradıldıqda
- Hüquqi şəxslərin yenidən (təkrar) təşkili zamanı
- Müvafiq vergi sxemlərinin və mühasibat uçotu sisteminin inkişafı üçün
- Şirkətin mühasibatlığının səmərəsiz təşkil olunduğu hallarda
Vergi uçotunun hazırlanması ilk növbədə düzgün mühasibat uçotunun qurulmasından asılıdır. Çünki mühasibat uçotunun düzgün qurulmaması şirkətin bütöv fəaliyyətinə mənfi təsir göstərə bilər.
Şirkətinizin vergi hesabatlarının sizdə narahatlıq və şübhə doğurmamasını istəyirsinizsə, onda bizim mütəxəssislərə müraciət edin. Vergi uçotunun bizim tərəfimizdən qurulmasından sonra sizə bir daha hesabat məlumatlarınızı emal etməyə ehtiyac qalmayacaq. Bunu böyük məmnuniyyətlə bizim mütəxəssislərimiz sizin üçün edəcək.
Vergi hesabatlarının hazırlanması prosesi hansı mərhələlərdən ibarətdir:
- Saldo MMC mütəxəssisləri sizin şirkətinizin fəaliyyət istiqamətlərini öyrənir
- Sintetik və analitik hesablar üçün iş planı hazırlanır
- Mühasibat vergi uçotunun düzgün həyata keçirilməsi üçün uçot siyasəti hazırlanır
- Saldo MMC mühasibləri sizin şirkətiniz üçün fərdi vergi kalendarı hazırlayır. Bu kalendar vasitəsilə siz qarşıdan gələn bütün hadisələrdən xəbərdar olacaqsınız
- Əgər sizin şirkətiniz mühasibat uçotunun aparılması üçün lazımi proqramla təmin olunmayıbsa, bizim mütəxəssislər mühasibat uçotunuzda lazımi avtomatlaşdırmanı həyata keçirəcək
Saldo MMC mütəxəssisləri həmçinin sıfırdan mühasibat xidmətləri, fiziki şəxslərin qeydiyyata alınması, vergi planlanması və digər xidmətlər təklif edə bilərlər. Həmçinin vergi orqanları və fondlarla yaranan problemlərin həlli üçün lazımi kömək göstərilə bilər. Qısa zaman ərzində əməkdaşlarımız tərəfindən vergi orqanları ilə lazımi üzləşmələr aparılacaq.
Beləliklə, peşəkarlıqla qurulmuş mühasibat uçotu sizin ofisdə saxladığınız mühasibin etdiyi səhvlərdən sizi sığortalamış olur.
Şirkətimizin digər xidmətləri barədə ətraflı məlumatı aşağıda qeyd olunmuş keçidlərə daxil olmaqla əldə edə bilərsiniz:
- Mühasibat Auditi
- Vergi Auditi
- Mühasibat uçotunun aparılması
- Şirkət qeydiyyatı
- Müqavilələrin hazırlanması