Müasir dövrdə xüsusi audit tapşırığı kimi vergi auditi-nin effektiv təşkili mühüm əhəmiyyət kəsb edir. Bu əsasən onunla bağlıdır ki, son illərdə həm bir sıra inkişaf etmiş Qərb ölkələrində, həm də Azərbaycanda vergi qanunvericiliyinin, xüsusilə də vergi inzibatçılığının mürəkkəbləşməsi tendensiyasının inkişafı baş verir. Bu iqtisadiyyatın bütün sahələrinə, əsasən də əhəmiyyətli istehsal-material və iqtisadi potensiala malik olan aparıcı maddi sfera sahələrinə aiddir. 

vergi auditi

İqtisadiyyatın sahələrinin xüsusiyyətləri və onların mühasibat və vergi uçotu çərçivəsində sistemə təsiri vergilərin hesablanmasının mötəbərliyini təmin edən audit yoxlamalarına olan ciddi tələbatları şərtləndirir. Bununla əlaqədar olaraq vergi ödəyicilərinin fəaliyyətinin vergi auditinin təşkili məsələləri xüsusi audit tapşırığı kimi kifayət qədər aktual olaraq qalır.

Vergi auditinin keçirilməsi zamanı yüksək xidmətin göstərilməsinin təmin olunmasının zəruri şərti iqtisadiyyatın konkret sahələrində audit fəaliyyətini reqlamentləşdirən elmi əsaslandırılmış metodların işlənməsi və onların tətbiqi hesab edilir.

vergi auditi

Problem bir də onunla aktualdır ki, hazırkı vaxtda qədər tədqiqatın predmeti üzrə kifayət qədər elmi-praktiki bazanın mövcud olmasına baxmayaraq, mühasibat və vergi uçotu sənədlərinin yoxlanılması sahəsində işlərin təşkili məsələləri nəzəri baxımdan ümumiləşdirilməmiş və vergi auditinin aparılması zamanı qeyd olunan məsələlər metodiki baxımdan müəyyən edilməmişdir.

Vergi auditi – mövcud qanunvericiliyin tələbləri çərçivəsində vergilərin və ödənişlərin hesablanmasının yoxlanmasıdır.

Vergi auditi çərçivəsində müştəriyə təqdim olunan xidmətlər:

  • Müxtəlif vergi büdcələrinin hesablanmasının auditi
  • Vergi uçotunun fərdi bölmələrinin auditi
  • Bütün vergi bəyannamələrinin hərtərəfli auditi

Vergi auditi zamanı nələr müəyyən olunur:

  • Şirkətin vergi hesabatının normativ aktların tələblərinə, vergi hesabatlarının aparılması və tərtib olunması qaydalarına uyğunluğu;
  • Vergi hesabatında aşkar olunmuş səhvlərin maliyyə təsiri və onların aradan qaldırılma yolları;
  • Şirkətin tətbiq etdiyi vergi hesabatı metoduna dəyişiklik edilmə zərurətinin müəyyən edilməsi;

Yuxarıda qeyd olunmuş xidmətlərə əlavə olaraq, sizin şirkətə bu xidmətlər də təklif oluna bilər:

  • Vergi planlanması
  • Vergi xərclərinin azaldılması məqsədilə müqavilə ilə tənzimlənən münasibətlərdə struktur dəyişiklik edilməsi üçün tövsiyyələrin verilməsi
  • Müəssisənin mühasibat xidmətləri üçün vergi uçotunun müəyyən bir istiqamətində metodikanın inkişaf etdirilməsi

Bundan əlavə Vergi orqanları tərəfindən şirkətdə aparılan yoxlama zamanı tətbiq olunmuş vergi sanksiyalarının qanuniliyinin yoxlanılması məqsədilə də vergi auditi keçirilə bilər.

Vergi auditi keçirdiyimiz zaman müştərilərimiz pulsuz vergi konsultasiyası da ala bilirlər.

Xidmətlərimizin qiymətini KEÇİD-ə daxil olmaqla online şəkildə hesablaya bilərsiniz

Vergi auditi zamanı müştəridən alınan məlumatların hər biri məxfi saxlanılır və heç bir halda açıqlana bilməz.