Qısamüddətli fasilədən sonra sizi çox maraqlı bir funksiya ilə tanış etmək istəyirəm. Təzə başlayan və orta təcrübəli excel istifadəçiləri qrafiklərdən (chart) qorxduqlarını müşahidə etmişəm (sözün düzü mən özüm də qorxuram). Lakin hərdən elə maraqlı və sadə həllər olur ki, ondan yan keçə bilmirəm.

Bu dəfə sizi çox az işlənən və maraqlı bir funksiya ilə tanış etmək isəyirəm. Bu funksiyanın adı REPT()-dir. Rus variantında isə ПОВТОР() yazılır. Funksiyanın argumenti çox sadədir:

=REPT(mətn,təkrar sayı)

Bu funksiya seçilmiş mətni və ya simvolu göstərilən dəfə təkrarlayır. Məsələn əgər biz REPT(“@”,5) formulasını xanaya yazsaq, bu funksiya @ simvolunu 5 dəfə təkrarlayacaq, yəni nəticə @@@@@ olacaq, yəni:

Bu funksiyadan istifadə etməklə cədvəlləri vizuallaşdırmaq olar. Misal üçün bizim hər hansı bir sadə cədvəlimiz var:

Indi biz əgər Fontlar içərisində Playbill seçsək aşağıdakı nəticə alınacaq:

Və təbii ki, qrafik dinamikdir, rəqəmi dəyişəndə, qrafik dəyişir.

Digər bir maraqlı misala baxaq. Deyək ki bizim məbləğlər şaquli formada yerləşib:

Bundan sonra isə xətt olan xanaları seçərək Ctrl+1 edərək xananın formatını açırıq və aşağıdakı əməliyyatı edirik:

Nəticədə biz qrafik funksiyasından istifadə etmədən qrafik qurduq.