Satışların müqayisəsi qrafiki maliyyəçilərin və mühasiblərin cari ayın satışını ya əvvəlki ay, ya da keçən ilin müvafiq ayı ilə müqayisə etdikdə köməyinə gəlir. Bəzən cari ilin satışı əvvəlki ilin satışı ilə müqayisə olunur. Bunu vizual qaydada qrafik vasitəsi ilə necə etməyin yolunu göstərmək istəyirəm. Nəticədə aşağıdakı şəkil alınacaq:
Bu şəkildə görmək olur ki, A məshulu üzrə satış 300 manatdır və keçən il ilə müqayisədə 52 faiz artıq olub (yəni keçən il satış 198 manata bərabər olub).
Bu qrafikin necə alındığını sizə göstərmək istəyirəm.
Bunun üçün ilk növbədə iş cədvəlimizi hazırlayaq. Nümunə üçün belə bir cədvələ baxaq:
Bu cədvələ fərq sütununu əlavə edək:
A və B sütununun məlumatlarını seçərək birinci qrafiki əlavə edirik və delete düyməsi vasitəsi ilə lazımsız elementləri silirik:
Sonra CTRL düyməsini basıb saxlayaraq A və D sütununun məlumatlarını seçərək ikinci qrafiki əlavə edirik və bəzi təmizləmə işləri aparırıq:
Müsbət və mənfi faizləri göstərən sütunların rənglərini dəyişirik:
Burada faizlərin rəngini dəyişmək üçün digər bir texnikadan istifadə olunur.
Aşağıdakı format formulunu kopya edin və mən göstədiyim xanaya əlavə edin:
[Color51]0%;[red]-0%
Bizim qrafik hazırdır. Köməkçi faylı məşq etmək üçün əlavə edirəm.
SATIŞLARIN MÜQAYİSƏSİ QRAFİKİ NÜMUNƏ (44 downloads )
Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.
Satışların müqayisəsi qrafiki-nin yaradılmasından başqa digər texnikalar haqda aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz.
- Net-dən Gross-a əmək haqqı hesablanması cədvəli
- İşçinin iş stajının hesablanması cədvəli
- Maliyyə hesabatlarındakı rəqəmlərin mənbələri
- Mühasiblər üçün daha yaxşı cəmləmə metodu
- Nazik sətir texnikası
- Məbləğin söz ilə yazılması
- 1C hesab kartının sətirlərinin ayrılması
- Məlumatların yuxarı xanalara keçirilməsi
- Eyni adların təkrar yazılmasının sürətləndirilməsi