AR Maliyyə Nazirliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
Bu qaydalar kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir.
Siz, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarında Beynəlxalq və Milli Standartlara uyğun olaraq müəyyən edilmiş mühasibat uçotunun Hesablar Planı və onun açıqlanması, Maliyyə vəziyyəti haqqında hesabat, Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, Kapitalda dəyişikliklər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və sair mühasiblər üçün lazım olan məlumatları və onların izahını tapa bilərsiniz.
Bu Qaydalar eyni zamanda kiçik sahibkarlıq subyektlərınə də aid edilir, (əgər onlar hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, hesabatlarını Milli Standartlara uyğun hazırlayarlarsa).
“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında faylı yükləmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Muhasibat-uchotunun-aparilmasinin-YENİ-qaydalari (807 downloads )